Mübariz İbrahimovun ev muzeyi açıldı – FOTO

Mübariz İbrahimovun ev muzeyi açıldı – FOTO

Hazırda oxunan: Mübariz İbrahimovun ev muzeyi açıldı – FOTO

27924

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Milli Qəhrəmanın anadan olduğu  Biləsuvar rayonunun Əliabad kəndində tikilən ev muzeyinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Əliabad kənd ictimaiyyətinin  nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları iştirak edib.

Muzeyin açılışında çıxış edən F.Qürbətov qeyd edib ki, Mübariz İbrahimovun döyüş yolu  Azərbaycan gəncliyinə örnəkdir.

Daha sonra çıxış edən qonaqlar M. İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin ondan bir örnək dərsi aldıqlarını qeyd ediblər.

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qeyd edib ki,  türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazdırıb.

Muzeyin açılışı Mübariz İbrahimovun adını daşıyan  qardaşı oğlu balaca Mübarizin 3 yaşının tamam olmasına təsadüf edib.

Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlar və foto şəkillərlə yaxından tanış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO