Moskva görüşünə Tofiq Zülüfüqarovdan ŞƏRH: “Paşinyan qərbyönümlü siyasət aparmağa məcburdur” 

Moskva görüşünə Tofiq Zülüfüqarovdan ŞƏRH: “Paşinyan qərbyönümlü siyasət aparmağa məcburdur” 

Hazırda oxunan: Moskva görüşünə Tofiq Zülüfüqarovdan ŞƏRH: “Paşinyan qərbyönümlü siyasət aparmağa məcburdur” 

27835

“Rusiyanın bölgədə əsas oyunçusu Paşinyandır. Sadəcə olaraq bunun vəzifələri dəyişib. Yəni, köhnə siyasətin nümunəsi olan Koçaryan və onun şüarları indi heç kəsə lazım deyil. Rusiyanın özünə də” deyən, eks xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, müşahidə olunanlar bir növ siyasi oyun idi.
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarov: “Mən Ermənistanla bağlanacaq sülh sazişinə qarşıyam...” - VİDEO


Bizim.Media politoloqa Nikol Paşinyanın Moskva səfəri və Putinlə görüşü barədə də sual ünvanladı:

"Paşinyan Moskvaya səfər etdi və Vladimir Putinlə görüşdülər. Ermənistan və Rusiya liderlərinin görüşdə nələri müzakrə etdikləri barədə qısa informasiya var. Onsuz da bu tip dialoqların tam mətni açıqlanmır. Putin işgüzar nahar ətrafında bəzi mövzularda razılıq əldə olunacağına ümid etdiyini dedisə, Nikol da son iki ayda Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərindən qismən narahatlığını ifadə etdi".

Ümumiyyətlə, bu görüşü necə dəyərləndirmək olar? 

“Bu onu göstərir ki, gələcək hadisələrdə Rusiya de-fakto Paşinyanla münasibətini qurmağa hazırdır. Ermənistan üzərində Qərb-Rusiya qarşıdurmasına Putin işarə verir ki; Paşinyan bizi də qane edir. Bu baxımdan, normal siyasi proseslər gedir. Amma biz başa düşməliyik ki, Rusiya Ermənistanın real inkişafı üçün ivestisiya texnologiyaları vermək iqtidarında deyil. Ona görə də Rusiya rəhbərliyinin istəyi olsun, ya olmasın vəziyyət dəyişən deyil. Paşinyan qərbyönümlü siyasət aparmağa məcburdur”.

Amma Tofiq Zülfüqarovun fikrincə, Paşinyan özünü təhlükələrdən sığortlamaq üçün ikitərəfli, balanslaşmış siyasət reallaşdırır. Ya da bunun görüntüsünü yaradır:

“Hesab edirəm ki, bu gözləniləndir və normal yanaşmalıyıq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO