“Zəngəzur dəhlizinin yaradılmasına biz mane oluruq

“Zəngəzur dəhlizinin yaradılmasına biz mane oluruq" – Gorusun meri iddialı danışdı

Hazırda oxunan: “Zəngəzur dəhlizinin yaradılmasına biz mane oluruq" – Gorusun meri iddialı danışdı

27732

Gorus şəhərinin meri Aruş Aruşanyan deyib ki, Azərbaycanı Naxçıvanla birləşdirən və Zəngəzur mahalından (Sünik vilayəti) keçən nəqliyyat dəhlizinin inşasına görə Ermənistanın siyasi rəhbərliyi ona təzyiq edir.

Bizim.Media xəbər verir ki, Aruşanyan bu barədə jurnalistlərə İrəvandakı seçki öncəsi rüşvət paylamaqda günahlandırılan Karaunc kəndinin rəhbəri Lusine Avetyanın cinayət işinə baxıldığı məhkəmə binasının qarşısında deyib. 

İstintaq Avetyanı bir neçə kəndliyə rüşvət verməkdə və ikinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun lehinə səs verməyə məcbur etməkdə günahlandırıb. 

Aruşanyana görə, həbsxanaya getməyə hazırdır, kaş ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qadınları və yaşlı insanları incitməsinlər, sorğu-suala aparmasınlar, gündəlik işlərindən uzaqlaşdırmasınlar: 

“Kəndlilər məhz mənə görə təqib edilir. Əgər məni mühakimə etmək istəyirlərsə, qoy aparsınlar. Gizlənməyəcəyəm və heç nədən qorxmuram.

Ancaq qoy bu əxlaqsız metodlarla hərəkət etməsinlər. Onlar bilirlər ki, biz Azərbaycana Zəngəzur (Sünik) boyunca dəhliz verməyə qarşı olacağıq. Bu səbəbdən məsələni tez bir zamanda həll etmək üçün bizi həbs etmək istəyirlər”. 

Merin sözlərinə görə, hər gün hüquq-mühafizə orqanları onlarla və yüzlərlə bölgə sakinini dindirir və ifadə almağa çalışır. 

Xatırladaq ki, Aruşanyan son parlament seçkilərində "Ermənistan" blokunun siyahısında olub. 
O, əminliklə deyir ki, həbs olunsa da, baxışlarını və dünyagörüşünü dəyişdirməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO