Eldar İbrahimov 25 milyonluq otelindən DANIŞDI – “Şantaj edirlər...”

Eldar İbrahimov 25 milyonluq otelindən DANIŞDI – “Şantaj edirlər...”

Hazırda oxunan: Eldar İbrahimov 25 milyonluq otelindən DANIŞDI – “Şantaj edirlər...”

27730

Milli Məclisin deputatı Eldar İbrahimovun 25 milyon manatlıq otelinin olduğu iddia edilir.

Mətbuatda gedən məlumata görə deputat İsmayıllı rayonunun Talıstan kəndində "Su Meyilli" oteli açıb və ona rəhbərliyi oğlu Elçin İbrahimov edir. İddialara görə millət vəkili otelin tikintisinə 25 milyon manat vəsait xərcləyib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Eldar İbrahimov məlumatın həqiqətəuyğun olmadığını deyib:

“Yalandır. Boş-boş danışırlar. Kimsə öyrədir və şantaj edirlər. İndi min adama min şər-böhtan deyirlər. Mənim belə otelim yoxdur”, deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO