An-26 təyyarəsinin qəzaya uğradığı yerdən GÖRÜNTÜLƏR - 19 nəfərin cəsədi tapıldı

An-26 təyyarəsinin qəzaya uğradığı yerdən GÖRÜNTÜLƏR - 19 nəfərin cəsədi tapıldı

Hazırda oxunan: An-26 təyyarəsinin qəzaya uğradığı yerdən GÖRÜNTÜLƏR - 19 nəfərin cəsədi tapıldı

27710

Xilasedicilər Kamçatkada An-26 qəzasında həlak olanların cəsədlərinin axtarışını davam etdirir. Artıq 19 nəfərin qalıqlarının tapıldığı deyilir.

Bizim.Media xəbər verir ki, hazırda ərazidə 51 nəfərdən ibarət xilasetmə qrupu işləyir. Cəsədlər dənizdən çıxarılır. Səlahiyyətlilər suyun geri çəkilməsi səbəbindən cəsədlərin və təyyarənin dağıntılarının dənizə axa biləcəyindən qorxurlar. Bu baxımdan əraziyə dalğıclar cəlb edilib. 

Xatırladaq ki, çərşənbə axşamı Petropavlovsk-Kamçatskdan Palana qəsəbəsinə uçan An-26 sərnişin təyyarəsi enişdən təxminən on dəqiqə əvvəl dispetçerlə əlaqəni kəsib. Daha sonra təyyarə qəzaya düşərək qayaya çırpılıb. Onun qalıqları təpənin yamacında və dənizdə tapılıb.

Təyyarədəki 28 nəfərin hamısı ölüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO