Sərnişin avtobusu qəzaya uğradı - 3 nəfər xəsarət aldı 

Sərnişin avtobusu qəzaya uğradı - 3 nəfər xəsarət aldı 

Hazırda oxunan: Sərnişin avtobusu qəzaya uğradı - 3 nəfər xəsarət aldı 

27660

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.

Bizim.Media xəbər verir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib.

173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO