Müəllimlərin NƏZƏRİNƏ - apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Müəllimlərin NƏZƏRİNƏ - apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ - apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

27621

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apelyasiya müraciətlərinin qəbuluna başlanılıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 14:00-dan etibarən qəbul olunmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO