Belarus İnformasiya Nazirliyi respublikada 5 iyul 2021-ci ildə Ukraynanın UA və KVARTAL TV telekanallarının yayım icazələrinin ləğv edildiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “gazeta.ru“ saytı nazirliyin saytına istinadən yayıb.
Belə bir qərarın verilməsinin əsas səbəbi kimi xarici KİV-lərdə mövcud qanunvericiliyin pozulması göstərilir.
"Ukrayna televiziya proqramlarının efirində yayım üçün icazəsi alınmayan reklam aşkarlanıb”. Mesajda belə deyilir.
Əyləncəli KVARTAL TV yumoristik kanalı 2016-cı ildə yaradılıb. Bu, Ukrayna Prezidenti Vladimir Zelenski ilə "1 + 1 Media" şirkətinin ortaq layihəsidir. UA TV isə 1 oktyabr 2015-ci ildə yaradılan Ukraynanın xarici yayım televiziyasıdır. 2019-cu ilin yanvarında Belarusda yayımlanmasına icazə verilib.
Bundan əvvəl Belarus İnformasiya Nazirliyi ölkədə RTVI-in yayımı üçün lisenziya verməyəcəyini bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:07 / 06.07.2021
Zelenskinin televiziya kanalına Belarusda qadağa qoyuldu
Hazırda oxunan: Zelenskinin televiziya kanalına Belarusda qadağa qoyuldu
Hazırda oxunan: Zelenskinin televiziya kanalına Belarusda qadağa qoyuldu
27595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.