SON DƏQİQƏ! - Azərbaycanla Rusiya arasında saziş imzalandı

SON DƏQİQƏ! - Azərbaycanla Rusiya arasında saziş imzalandı

Hazırda oxunan: SON DƏQİQƏ! - Azərbaycanla Rusiya arasında saziş imzalandı

27587

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Teymur Musayev və Mixail Muraşko «Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi»ni imzalayıblar.

Sənəd "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi" barədə məlumatları özündə ehtiva edir.

Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.

Bundan əlavə, sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO