Enerji şirkətləri milyardlıq paylarını satır - SƏBƏB 

Enerji şirkətləri milyardlıq paylarını satır - SƏBƏB 

Hazırda oxunan: Enerji şirkətləri milyardlıq paylarını satır - SƏBƏB 

27513

Dünən OPEC+ toplantısı ləğv edildikdən sonra neft son illərdə ən yüksək qiymətinə çatıb - bir barelə görə 77 dolları keçib. Diqqət daha çox qiymətlərə yönəldiyindən, Böyük Neft (Big Oil) oyununda əsas iştirakçıların yavaş-yavaş meydandan çəkilməsi isə gözdən qaçıb.  

Bizim.Media xəbər verir ki, ABŞ-ın ExxonMobil və Chevron, Avropanın isə BP, Royal Dutch Shell, Total və Eni kimi nəhəngləri təkcə 2018-ci ildən bəri 28 milyard dollardan çox pay satıb.

Növbəti illərdə isə əlavə 30 milyardlıq paylarını satmağı planlaşdırırlar. 

Wood Mackenzie enerji məsləhətçi şirkəti hazırda qlobal miqyasda satışa çıxarılacaq aktivlərin dəyərinin 140 milyard dollardan çox olduğunu bildirir. İri neft nəhəngləri son illərdə qlobal istiləşməni sürətləndirdikləri və daha çox zəhərli qazların emissiyasına səbəb olduqları üçün ciddi tənqid və təzyiqlərlə üzləşib. McKinsey-in araşdırmasına görə, istixana effekti yaradan qazların 42%-i neft və qaz sənayesinin payına düşür. Üstəgəl, 2014-cü ildən bəri neft qiymətlərinin sürətlə ucuzlaşması, ötən ilki pandemiyada isə hətta mənfiyə düşməsi şirkətləri müəyyən aktivlərdən “xilas olmağa” vadar edir. 

ExxonMobil bu ilin fevralında Şimal dənizindəki neft biznesinin bir hissəsini Norveçin özəl investisiya qrupu HitecVision-a 1 milyard dollara satıb.

Həmin ay Taylandın PTT şirkəti BP-dən Oman qaz blokundakı payın 20%-ni 2,6 milyard dollara alıb. May ayında isə Shell Filippindəki qaz yatağında malik olduğu payları 460 milyon dollara yerli Udenna Group-a ötürüb. 

Görünən odur ki, növbəti 10-20 il ərzində ənənəvi nəhənglər neft-qaz bazarından iri həcmdə çəkiləcək və onların yerini milli şirkətlərlə özəl investorlar tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO