Göyçayda 2 minik avtomobili toqquşdu - 4 nəfər xəsarət aldı  - FOTO

Göyçayda 2 minik avtomobili toqquşdu - 4 nəfər xəsarət aldı  - FOTO

Hazırda oxunan: Göyçayda 2 minik avtomobili toqquşdu - 4 nəfər xəsarət aldı  - FOTO

27315

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.

"Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO