“Barselona”nın sabiq baş məşqçisi Xavi “Mançester Yunayted”i çalışdıra bilər.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İspaniyalı mütəxəssis Premyer Liqanı yaxından izləyir və avrokuboklarda iştirak etməməsinə baxmayaraq, istənilən an Mançester təmsilçisi ilə işləməyə hazırdır.
Qeyd edək ki, Xavinin sonuncu iş yeri “Barselona” olub. O, 2021-ci ilin noyabrından 2024-cü ilin iyununadək Kataloniya klubunu çalışdırıb. Onun məşqçilik dövründə komanda 2022/2023 mövsümündə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
Daha əvvəl Xavi Qətərin “Əl-Sədd” klubunu çalışdırıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:24 / 30.09.2025
Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR
Hazırda oxunan: Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR
Hazırda oxunan: Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR
273085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.