"Bilirsiniz ki, hər gün bizə yardımla bağlı mesajlar gəlir, insanlar övladlarının xəstə olması ilə bağlı şəkillər göndərirlər. Çalışdığımız qədər yardım edirik. Amma mən bu yardımlara son qoymuşam. Çünki çox adam bundan istifadə edir, camaatı aldadırlar".
Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:
"Dünən mənə bir zəng gəldi ki, bu insana yardım etmək lazımdır, övladı açıq ürək əməliyyat olunur. Dostum yardım etdi. Mən də həmin insana zəng etmişəm ki, kömək etmək istəyirəm. Sən demə, bu adam yalan danışır. Zəng etdim ki, mənə xəstəxadan görüntülü yığın, qeydiyyat şöbəsi ilə danışmaq istəyirəm. Cavab gəlmədi, zəng etdim telefonu götürmədi. Sonra yazdım ki, nə problemin varsa, mənə düzünü danış. Deyir ki, mənim başqa problemim var, yardım edin. Bəs niyə uşaqların adından istifadə edirsiniz?
Bizi niyə aldadırsınız? Sizə görə başqaları da yanır. Çünki başqa insanlara yardım edə bilərik. Ona görə də mən bu yardımlara son qoymuşam, inanmıram, aldadırlar. Belə insanlar imkan vermir ki, biz əziyyət çəkən insanlara yardım edək.
Xahiş edirəm, bu yoldan əl çəkin. Olmaz, insanların haqqına girirsiniz. Mənə sosial şəbəkədə yardımla bağlı heç nə göndərməyin. Görmədiyim, bilmədiyim insanlara yardım etməyəcəyəm.
Belə insanlara görə utanıram, bilnmir qumarbazdır, narkotik istifadəçisidir. Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:30 / 24.09.2025
"Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır" - VİDEO
Hazırda oxunan: "Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır" - VİDEO
Hazırda oxunan: "Belə fırıldaqçılara görə, əziyyət çəkən insanlar yanır" - VİDEO
272266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.