Sumqayıtda 3 nəfər dəm qazından zəhərləndi - Biri öldü

Sumqayıtda 3 nəfər dəm qazından zəhərləndi - Biri öldü

Hazırda oxunan: Sumqayıtda 3 nəfər dəm qazından zəhərləndi - Biri öldü

271349

Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

 

"2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".

 

Qeyd edək ki,  bu gün 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onlara qonaq gələn qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO