Ayselin keçmiş əri ilə MƏHKƏMƏSİ DAVAM EDİR: “20 min aliment borcunu ödəməlidir” - VİDEO

Ayselin keçmiş əri ilə MƏHKƏMƏSİ DAVAM EDİR: “20 min aliment borcunu ödəməlidir” - VİDEO

Hazırda oxunan: Ayselin keçmiş əri ilə MƏHKƏMƏSİ DAVAM EDİR: “20 min aliment borcunu ödəməlidir” - VİDEO

271334

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədovla məhkəmə prosesi davam edir.

Bizim.Media xəbər verir ki, onların bugünkü məhkəmə iclası təxirə düşüb. Buna səbəb Oqtayın iclasa gəlməməsi olub. 

Aysel və vəkili açıqlama verərək növbəti məhkəmənin bir həftə sonra baş tutacağını bildirib.

Əgər Oqtay yenidən iclasa gəlməsə, məcburi gətirilmə barədə şikayət ediləcək:

“Bizdə Apellyasiya məhkəməsi oldu. Onun sosial şəbəkələrdəki canlı yayımlarda haqqımda səsləndirdiyi fikirlər var idi. Çox iyrənc ifadələr idi. Lakin məhkəmə zalında bunları inkar edib. Halbuki mən hər birini sosial mediada paylaşmışam. Qarşı tərəfin sözlərinə görə, başqası haqqında danışıb, Aysel Şükürova ilə bağlı deməyib.
 

Mənim nə qədər şahidim var. Amma o, təkzib etdiyi üçün proses uzanır. Haradasa 15-20 minlik aliment məhkəməsi var. İş İstintaq idarəsindədir, məhkəmədə qalib gəldim. Borcudur ki, uşaqların alimentini ödəsin. Sadəcə bütün bu proseslərə səbəb mənim aliment tələb etməyim olub. Ondan sonra canlı yayımda deyib ki, anası filandır və sairə. Amma dediklərini danır, biz də bunu sübut etməyə çalışırıq”.


Xatırladaq ki, Aysel Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO