“5 il ərzində hakimiyyət mənə qarşı yaxşı davranmadı” – Razi Nurullayevdən TƏFƏRRÜAT - VİDEO

“5 il ərzində hakimiyyət mənə qarşı yaxşı davranmadı” – Razi Nurullayevdən TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: “5 il ərzində hakimiyyət mənə qarşı yaxşı davranmadı” – Razi Nurullayevdən TƏFƏRRÜAT - VİDEO

27083

Razi Nurullayev hakimiyyətə qarşı konstruktiv addımlar atdı, yoxsa hakimiyyət Razi Nurullayevə qarşı loyallaşdı? 

“Hər ikisi oldu, amma mən daha çox hakimiyyətin mənə qarşı konstruktivləşməsini gördüm. Çünki 5 il ərzində hakimiyyət mənə qarşı heç də yaxşı davranmadı. Hər adımda məni əzmək yolunu tutdu”
 

MÖVZU İLƏ BAĞLI:

“Elçibəyin ziyarətini şouya çeviriblər...” – Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə VİDEO MÜSAHİBƏ


Bizim.Media-nın baş redaktoru Anar Tahirovun sualına cavabda bunları deyən millət vəkili Razi Nurullayev hətta bir çoxlarının onu AXCP-ni parçalamaqda günahlandırdığını əlavə etdi:

“Və bunu hakimiyyət etdi. Necə oldu ki, Əli Kərimlini Razinin əli ilə parçalayan hakimiyyət 2015-ci ildən 2020-ci ilə qədər nə dövlət televiziyası, nə də digər telekanallarda, nə də ki öz mediasında bir dəfə də demədi ki, AXCP-nin Razi Nurullayev hissəsi, qanadı, Razi Nurullayev AXCP sədri. Bunu eşitdiniz? Hər zaman dedilər ki, AXCP Əli Kərimli. Görürsünüzmü mənə qarşı nə qədər böyük təzadlar, haqsızlıqlar oldu. 

Amma mən parlamentə düşəndən (seçiləndən) sonra hakimiyyət mənə qarşı konstruktivləşməyə başladı”

Deputat sonda vurğuladı ki, Prezident İlham Əliyev də bu konstruktivləşmə yoluna rəvac verdi. Prezident Aparatında siyasi partiyalarla bağlı şöbə yaradıldı.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO