Deputat Gəncədəki problemdən danışdı: “Baş Prokurorluq və Hesablama Palatasına müraciət edirəm...”

Deputat Gəncədəki problemdən danışdı: “Baş Prokurorluq və Hesablama Palatasına müraciət edirəm...”

Hazırda oxunan: Deputat Gəncədəki problemdən danışdı: “Baş Prokurorluq və Hesablama Palatasına müraciət edirəm...”

27056

“Gəncədə su qıtlığı gərgin vəziyyət yaradıb. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Musa Quliyev çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncədəki bir çox məhəllədə evlərə gündə cəmi 2 saat su verilir. “Şəhərin qədim kəhrizlərini və arxlarını sıradan çıxardılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011- ci ildə "Azərsu" ASC- nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr və əhalinin narazılığı”

Deputat bildirib ki, layihə vəsait çatışmazlığı səbəbindən bu il yanvarın 1-dən dayandırılıb. 

Millət vəkili qeyd edib ki, Hesablama Palatası  layihənin maliyyə təminatını araşdırmalıdır:

“Baş Prokurorluğa müraciət edirəm. Yoxlayın, aydınlaşdırın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?. Mən hökumətə müraciət edirəm. Cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO