Saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı Qazaxda saxlanılıb.
Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, 34 yaşlı İ.Çalımın öz ölkəsində cinayət törətdiyi məlum olub.
Türkiyədə qəssab işləmiş Çalım məsuliyyətdən yayınmaq məqsədilə Naxçıvan şəhər sakini ilə əlaqə yaradıb. O, ötən il 1 500 manat müqabilində maşının baqajında Azərbaycana keçirilib, bir müddət Bakıda kirayədə yaşayıb.
Qəssab daha sonra saxta pasportla Azərbaycandan Gürcüstana getmək istəyib. Lakin "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində yoxlama zamanı sərhədçilər tərəfindən saxlanılıb. Ona qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə maddələri üzrə cinayət işi açılıb.
Qazax Rayon Məhkəməsi türkiyəli müttəhimin iki azyaşlı övladını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alıb. Hökmə əsasən, İ.Çalım səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:22 / 13.09.2025
Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib
Hazırda oxunan: Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib
Hazırda oxunan: Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib
270201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.