Trampla Qətərin başçısı görüşüb

Trampla Qətərin başçısı görüşüb

Hazırda oxunan: Trampla Qətərin başçısı görüşüb

270185

ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşüb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, Donald Trampla Məhəmməd bin Əbdülrəhman Al Taninin görüşü, planlaşdırıldığı kimi, şam yeməyi ətrafında baş tutub.

Lakin iki ölkə başçısının görüşünün digər təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı keçirdiyi hücum beynəlxalq miqyasda böyük rezonans doğurub. Qətər rəsmiləri bu zərbəni "xəyanət" kimi qiymətləndiriblər. Belə ki, ABŞ və İsrail əvvəllər Qətərə HƏMAS liderlərinin onun ərazisində vurulmayacağına dair birbaşa təminat vermişdi. ABŞ tərəfi Qətəri əməliyyatdan yalnız 10 dəqiqə əvvəl xəbərdar edib, bu isə Dohada ciddi narazılıq doğurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO