27 sentyabr “Şəhidlərin anım günü “ ilə əlaqədar rayonun bütün qəbrstanlıqlarında iməciliklər təşkil olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gündən başlayaraq Zaqatala rayonunda şənbə və bazar günləri rayonun müvafiq idarələri daxil ictimaiyyət nümayəndələri. könüllülərin iştirakı ilə qəbrstanlıqlarda təmizlik , abadlıq işləri həyata keçiriləcək. Bu həm xalqımızın keçmişinə, islamı dəyərlərə verdiyi qiymət kimi həm də müqəddəs sayılan məkanların abadlığı üçün savab əməl kimi həyata keçirilir.
Qeyd edək ki, istər Birinci Qarabağ, istərsə 44 günlük Vətən Müharibəsi günlərində yüzlərlə zaqatalalı gənc könüllü ordu sıralarına qatılıb, onlarla şəhid verib. İndi rayonun demək olar ən ucqar kəndində belə məzarlıqlarda şəhidlər uyuyur. Bu mənada 27 sentyabr “Şəhidlərin anım günü “ ilə əlaqədar həmin məkanları tək yerli sakinlər deyil müxtəlif yerlərdən gələn qonaqlar da ziyarət edir. Ona görə iməciliklər elliklə təşkil olunur və anım gündən əvvəl səliqə-sahman yaradılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:05 / 13.09.2025
Zaqatala anım gününə belə hazırlaşır
Hazırda oxunan: Zaqatala anım gününə belə hazırlaşır
Hazırda oxunan: Zaqatala anım gününə belə hazırlaşır
270183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.