“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşmış əhali çıxarılmalı, Azərbaycan Silahlı Qüvvələri həmin əraziyə hərəkət etməli idi”.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.
H. Mahmudov deyib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır:
“Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:32 / 15.11.2020
Hüseyn Mahmudov: \"Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq\"
Hazırda oxunan: Hüseyn Mahmudov: \"Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq\"
Hazırda oxunan: Hüseyn Mahmudov: \"Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq\"
2701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.