Azərbaycanda pul bazası iyulun 1-nə 13 milyard 803 milyon manat təşkil edib.
Bizim.Media Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 58,3 milyon manat azdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda pul bazası azalıb
Bundan başqa, AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 6 milyard 455,3 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 5,1 milyon dollar azdır.
Bizim.Media