Qız üstündə dava düşdü – “Dedilər ki, şalvarını soyun”

Qız üstündə dava düşdü – “Dedilər ki, şalvarını soyun”

Hazırda oxunan: Qız üstündə dava düşdü – “Dedilər ki, şalvarını soyun”

26919

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşadığı Yormuğanlı kəndində qız üstündə insident yaşanıb. 

Bizim.Media "Mtavari Arxi" kanalına istinadən xəbər verir ki, qıza mesaj yazdığına görə, 19 yaşlı gənci qızın keçmiş nişanlısı və digər bir neçə nəfər döyüblər. 

Sözügedən şəxs fiziki şiddət faktını inkar etsə də bildirib ki, mesaj yazdığı qızın keçmiş nişanlısı dostları ilə birlikdə onu təhqir ediblər: 

"Məni döyməkləri barəsində yayılan xəbər yalandır. Mesajlaşdığım qızın keçmiş nişanlısı dostları ilə birlikdə məsələni aydınlaşdırmaq üçün məni başqa bir yerə apardılar. Onlar Qazlar kəndindəndirlər. Mənə dedilər ki, şalvarını soyun. Mən isə dedim ki, öldürsəniz də bunu etmərəm. Daha sonra atam onları polisə şikayət etdi və hazırda həmin iki nəfər girov qarşılığında azadlığa buraxılıblar. Kənddə söhbət gedir ki, güya onlar mənim şalvarımı soyunduraraq təhqir ediblər, ancaq bu yalandır", - deyə gənc bildirib. 

Zərərçəkənin əmisi isə gəncə qarşı fiziki təzyiqin göstərildiyini və insidenti törədənlər tərəfindən bu hadisə videoya çəkildiyini bildirib.

Hadisəni törədənlər daha sonra videonu bir neçə nəfərə, həmçinin gəncin mesajlaşdığı qıza göndərərək, oğlanla danışmağı dayandırmasını tələb ediblər. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi istintaq başladıb və əməli törətməkdə ittiham edilən 2 nəfər saxlanılıb. Daha sonra, onlar girov müqabilində azadlığa buraxılıblar. Hadisə ilə bağlı Saqareco polis bölməsindən mətbuata açıqlama verilməyib. 

Zərərçəkənin anası bildirib ki, insidenti törədən gənclərin valideyinləri onların evinə gələrək, üzürxahlıq ediblər. 

Hadisə ilə bağlı 19 yaşlı oğlanın mesajlaşdığı qızın ailəsi isə heç bir açıqlama verməyib. Qonşuların məlumatına görə, onlar hazırda kənddə deyillər. Baş vermiş hadisə ilə bağlı 19 iyul tarixində məhkəmə iclasının keçiriləcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO