Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında cüdo üzrə Avropa çempionatı başlayıb.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları da yarışa çıxıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Nihad Məmişov 1/8 finalda erməni Qor Səfəryana ipponla qalib gələrək növbəti mərhələyə adlayıb.
O, 1/4 finalda Azərbaycan təmsilçisi Fərid Qarayev ilə üz-üzə gəlib.
Həmyerlisini əlavə vaxtda üstələyən N. Məmişov yarımfinala vəsiqə qazanıb.
Daha əvvəl 66 kiloqram çəkidə mübarizə aparan Məhəmməd Musayev gürcüstanlı rəqibi Tornike Qiqauriyə ipponla qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, sentyabrın 7-dək davam edəcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan və 167 qız) iştirak edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:33 / 04.09.2025
Avropa çempionatı: Azərbaycan cüdoçusu ermənini ipponla məğlub etdi
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan cüdoçusu ermənini ipponla məğlub etdi
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan cüdoçusu ermənini ipponla məğlub etdi
268723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.