Azərbaycanlılara XƏBƏRDARLIQ – Hər gün 20-dən yuxarı ÖLÜM FAKTI 

Azərbaycanlılara XƏBƏRDARLIQ – Hər gün 20-dən yuxarı ÖLÜM FAKTI 

Hazırda oxunan: Azərbaycanlılara XƏBƏRDARLIQ – Hər gün 20-dən yuxarı ÖLÜM FAKTI 

26809

Gürcüstan hökumətinin iyunun 1-dən etibarən xarici ölkələrlə quru sərhədlərini açmasından sonra koronavirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Ölkədə gün ərzində “Covid-19”a yoluxanların sayı mindən çoxdur. Hər gün isə 20-dən yuxarı ölüm faktı da var. 

Əhalisinin sayı Azərbaycandan təqribən 3 dəfə az olan ölkə üçün bu cür rəqəmlər, həqiqətən də, narahatlıq doğurur. Vəziyyəti daha təhlükəli edən digər məqam isə, Gürcüstanda virusun Hindistan variantının da yayılmağa başlamasıdır.

Mövcud durum isə, tək Gürcüstanı deyil, digər bölgə ölkələrini, xüsusilə də Azərbaycanı real təhlükə ilə üzbəüz qoymaqdadır.

Məlumat üçün qeyd edək ki, qonşu ölkəyə səfər edən turistlərin sayına görə Azərbaycan ilk pillədə qərarlaşıb. Gürcüstana gələn qonaqların əksəriyyətinin quru yollarından istifadə etdiyini nəzərə alsaq, vətəndaşlarımızın sağlamlığı üçün nə qədər böyük riskin mövcud olduğunu dərk edə bilərik.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa qarşı qanınızda antitel neçə olmalıdır? – DƏQİQ GÖSTƏRİCİ


Təbii ki, Gürcüstanın qonşu ölkələrlə sərhədləri açması da başa düşüləndir. Ötən ilin mart ayından bəri, qonaqların üzünə qapalı olan quru yolları, ölkənin əsas gəlir mənbəyi olan turizmin çökməsinə səbəb olmuşdu.

Sözügedən qapanma, Gürcüstana ən çox səfər edən 3 ölkə - Azərbaycan, Rusiya və Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin səfər imkanlarını məhdudlaşdırmışdı.

Bu səbəbdən də, yay mövsümünün gəlişi və pandemiyanın yayılma sürətinin azalması Gürcüstan hökumətini sözügedən qərarı atmağa vadar edib. Sərhədlərin açılması ilə rəsmi Tiblisi pandemiyadan əvvəl turizmdən gələn 3 milyard dollara yaxın gəlirin 50%-ni bərpa etməyi hədəfləyir. 

Xarici ölkə vətəndaşlarına yönələn qoruyucu tədbirlər isə koronavirusun yayılmasının qarşısını almaqda heç də uğurlu olmayıb.
 

Eyni zamanda Azərbaycan vətəndaşlarının istirahət arzuları da anlaşılandır. Lakin təhlükəni də unutmamaqda fayda var. Bu səbəbdən də, qonşu ölkəyə səfər edəcək turistlər sağlamlıq və istirahət arasında seçim etməyə məcburdur.


Sözügedən seçimdə nəzərə alınmalı məqam isə söhbətin tək özlərinin yox, eyni zamanda bütün Azərbaycan vətəndaşlarının həyatından getməsidir.

Virusun ən təhlükəli variantı hesab olunan Hindistan ştammının ölkəmizdə yayılmasını isə, yəqin ki, heç kim istəməzdi.

Belə olan halda, Gürcüstana səfər planları quran vətəndaşlara rəsmi xəbərdarlığın edilməsində fayda var. Amma hər hansı bildiriş və ya qadağadan daha çox, insanların özlərinin vəziyyəti anlayaraq tədbirli hərəkət etməsi, yeni dalğaların və qapanmaların qarşısını almaqda daha effektiv olar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO