Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatıb

Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatıb

Hazırda oxunan: Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatıb

2678

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Bizim.Media bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarə ilə 10 ədəd “BTR-82A” zirehli texnika, maddi-texniki təminat avadanlıqları, həmçinin sülhməramlı bölmələrin təxminən 30 hərbi qulluqçusu çatdırılıb” deyilir.

Bildirilir ki, yüklərin boşaldılmasından, bölmələrin texnikalarının yoxlanılmasından və hazırlanmasından sonra Qoris şəhərindəki cəmləşmə ərazisinə üç yüz kilometrlik yürüş həyata keçiriləcək.

Bundan əvvəl Qarabağa 170 sülhməramlının olduğu 20 təyyarənin göndərildiyi xəbər verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO