İran Ermənistandakı türk mallarını əvəz edə bilərmi? – DETALLAR

İran Ermənistandakı türk mallarını əvəz edə bilərmi?DETALLAR

Hazırda oxunan: İran Ermənistandakı türk mallarını əvəz edə bilərmi?DETALLAR

26772

Türkiyədə istehsal olunan paltarlar embarqoya baxmayaraq Ermənistana idxal olunur. Bunu sübut etmək çətindir, lakin özəl söhbətlərdə bir çox sahibkar etiraf edir ki, Türkiyədən ixrac edilən məhsulların üzərindəki etiketlər sadəcə dəyişdirilir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb. 

Bu "texnologiya" artıq işə salınıb. Ancaq burada başqa bir məqam da var. Mübaliğəsiz demək olar ki, iranlı istehsalçılar da öz məhsullarını təklif etməyə hazırdırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan türk biznesini "cəzalandırır", amma əziyyət çəkən adi ermənilərdir


Parçaların strukturlarına insanın bədənində pis qoxu yaradan bakteriyaları məhv edən nano hissəçiklər qatılır. Bu texnologiya artıq İranda mənimsənilib.  

Mövzu ilə bağlı İrəvan-Ermənistan biznes forumuna heyətlə qatılan “Mahyar Nano Clothing” şirkətinin meneceri Səid İsfəndiyar “Sputnik Ermənistan”a açıqlama verib. 

O, Ermənistanda, yalnız yerli ticarət şəbəkələri ilə deyil, həm də geyim istehsalçıları ilə əlaqələr qurmağın vacibliyini də sözlərinə əlavə edib: “Burada kostyumlar və donlar çox yaxşı tikilir. İranın viskoz parçaları keyfiyyət və qiymət baxımından onları maraqlandıra bilər”. 

“Hazır geyimi ilə şirkət Ermənistandakı türk mallarını əvəzləmək istəyir. Etiraf etmək lazımdır: bir çox cəhətdən Türkiyənin yüngül sənayesi daha güclüdür, böyük və varlı şirkətləri var, satışa və yeni texnologiyaların alınmasına heç bir embarqo yoxdur, - deyə İsfındiyar qeyd edib.
 

Ancaq İranda, ilk növbədə, ucuz xammal var: polimer istehsalı Türkiyədə yoxdur, pambıq əkini dövlət proqramı çərçivəsində genişlənir. Nəhayət, parçalara yeni keyfiyyətlər qazandıran texnologiyalar inkişaf etdirilir”. 


Xatırladaq ki, Ermənistan 1 yanvar 2021-ci ildən etibarən Türkiyə mallarına embarqo tətbiq edib. 

Bundan əvvəl Ermənistan Türkiyədən ildə 250-270 milyon dollar məbləğində mal idxal edirdi ki, bunun da yarısı paltar və ayaqqabı idi.  

Yerli sahibkarların fikrincə, embarqo ölkədə istehsalı genişləndirəcək, həm də dost ölkələrdən (İran nəzərdə tutulur) idxal üçün imkanlar açacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO