Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilənu202f“Birbank” tələbə təqaüd proqramıu202fuğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinəu202f3000-dən çox tələbə müraciət edib, onlardan seçilənu202f15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində aydau202f300 AZN məbləğində təqaüdu202falmaq imkanını əldə edib.
Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm dəu202fKapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanlarıu202fəldə ediblər.
Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoruu202fAygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.
Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov vəu202f Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London)u202fmagistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.
Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünu202f//kapitalbank.azu202fsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün –u202f//kbl.az/prgtk, Birbank kartı sifarişi üçün –u202f//kbl.az/prcrc.u202f
Bizim.Media