Google-a haker HÜCUMU oldu – 2,5 milyard istifadəçi hesabları RİSK altında

Google-a haker HÜCUMU oldu – 2,5 milyard istifadəçi hesabları RİSK altında

Hazırda oxunan: Google-a haker HÜCUMU oldu – 2,5 milyard istifadəçi hesabları RİSK altında

266636

Hakerlər Google-un nəhəng data bazasına sızaraq 2,5 milyard “Gmail” istifadəçisini hədəfə alıblar.

Bizim.Media Türkiyənin “NTV” kanalına istinadən xəbər verir ki, “ShinyHunters” adlı haker qrupu Google əməkdaşını aldadaraq “Salesforce” tərəfindən idarə olunan sistemə giriş əldə edib.
 

Fırıldaqçıların telefon zəngləri və e-poçtlardan istifadə edərək istifadəçilərin hesablarını ələ keçirməyə cəhd etdikləri bildirilir. Hakerlər şirkət adlarını və müştəri ilə əlaqə məlumatlarını kopyalayıblar.


Kibertəhlükəsizlik üzrə ekspert Ceyms Nayt bildirib ki, hücum “Gmail” istifadəçilərini ciddi risk altında qoyur.

Ekspert “Gmail” hesabı olan hər kəsi dərhal hesablarının təhlükəsizliyini nəzərdən keçirməyə çağırıb. Tövsiyələrə aşağıdakılar daxildir:

• Çox faktorlu autentifikasiya aktivləşdirilməlidir.

• Unikal və güclü parollardan istifadə edilməlidir.

• Google təhlükəsizlik yoxlamaları müntəzəm olaraq aparılmalıdır.

• Şübhəli telefon zəngləri və mətn mesajlarından ehtiyatlı olun; kodlar heç vaxt paylaşılmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO