Qarabağa səfər etmək istəyənlərin NƏZƏRİNƏ! – İcazələrlə bağlı MÜHÜM YENİLİK – FOTO

Qarabağa səfər etmək istəyənlərin NƏZƏRİNƏ! – İcazələrlə bağlı MÜHÜM YENİLİK – FOTO

Hazırda oxunan: Qarabağa səfər etmək istəyənlərin NƏZƏRİNƏ! – İcazələrlə bağlı MÜHÜM YENİLİK – FOTO

266519

Azərbaycanda vətəndaşlar işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələri artıq “mygov” platforması vasitəsilə ala biləcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilir ki, əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilirdi.

İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. 
 

Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.


Səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO