Xristofor Kolumbun heykəlini aşırdılar – Ruhların QİYAMI - FOTO

Xristofor Kolumbun heykəlini aşırdılar – Ruhların QİYAMI - FOTO

Hazırda oxunan: Xristofor Kolumbun heykəlini aşırdılar – Ruhların QİYAMI - FOTO

26645

Dünya şöhrətli səyyah, Hindistan adı ilə Amerikaya gedib çıxmış və savadsızlığından materiklərin yerli əhalisini hindu adlandıran Kolumbun heykəli dağıdılıb.

Bizim.Media “Efe Eme” radiostansiyasına istinadən xəbər verir ki, məşhur səyyahın abidəsi Kolumbiyanın şimalında yerləşən Barrankilya şəhərində sökülüb. 

Hadisə etirazlar əsnasında yaşanıb. Mitinqçilərin bir neçəsi heykəli aşırıb. Bundan əvvəl Kolumbiyanın köklü sakinlərindən, yerli millətlərdən bir qrupu Xristofor Kolumbun paytaxt Boqota şəhərindəki abidəsini sökməyə cəhd ediblər. 

Qeyd edək ki, Kolumbiyadakı etirazlar zamanı hökumət başçısının təhlükəsizliyi də təhdid altındaydı.

Kolumbiya prezidenti İvan Dukenin helikopteri naməlum şəxslər tərəfindən atəşə tutulub. Vertolyota 6 dəfə atəş açılıb, pilot və ekipajın peşəkarlığından xəsarət alan, ölüm-itim baş verməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO