Narkotik vasitələrin satışı və kultivasiyasına qarşı bu dəfə meşəlik ərazidə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, əməliyyatla Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.
Arşadırma zamanı onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media