Yaponiyada insanların cəmi 3,5 faiz insanlar piylənmədən əziyyət çəkir. Bu, dünya ölkələri ilə müqayisədə ən aşağı göstəricidir. Bunun əsas səbəblərindən biri insanların qidalanma vərdişləridir.
Bizim.Media xəbər verir ki, ölkədə fast food şəbəkələrinin sayı azdır, əvəzində düyü, balıq, yumurta və miso şorbası kimi sağlam yeməklər geniş yayılıb.
Hər küçədə yerləşən “konbini” mağazalarında düyü, salatlar və suşi paketləri kimi yüngül və sağlam seçimlər mövcuddur. İçkilərdə də böyük fərq var – ABŞ-da adam başına illik 170 litr qazlı su içildiyi halda, Yaponiyada bu rəqəm 32 litrdir. Çünki restoranlarda pulsuz çay verilir və “böyük ölçü” qazlı içkilər mövcud deyil.
Avtomatlarda da əsasən şəkərsiz çay, qəhvə və su satılır. Bu sadə, amma fərqli həyat tərzi yaponların arıq və sağlam qalmasına kömək edir. (News24.az)
Bizim.Media