Ramil Şeydayev “Neftçi”də son günlərini yaşayır.
Bizim.Media xəbər verir ki, millimizin hücumçusu tezliklə paytaxt klubu ilə vidalaşacaq.
Şeydayevin Türkiyəyə getmək variantı yaranıb. “Serik Bələdiyyəspor”la yanaşı, daha bir neçə aşağı liqa klubu Ramilə maraq göstərir.
“Neftçi” ilə iki illik müqaviləsi qalan hücumçu komandada perspektivi olmadığını anlayıb.
Baş məşqçi Samir Abasovun ona güvənməyəcəyini özünə çatdırıb. Əvəzedici heyətə göndərilməsi gözlənilən milli üzvü bu vəziyyətlə barışmaq istəmir. Ona görə də gələn təklifləri dəyərləndirməyə başlayıb.
Transfer pəncərəsinin bağlanmasına az qaldığı üçün Ramil avqustun sonunadək taleyinə aydınlıq gəlməsini istəyir. Ona görə də “Serik Bələdiyyəspor”la danışıqları yenidə bərpa edib.
Bu klubun sahibi azərbaycanlı olduğundan keçidin reallaşma ehtimalı az deyil.
Qeyd edək ki, Ramil əvvəllər iki dəfə Türkiyədə oynayıb. O, 2016-17-ci illərdə “Trabzonspor”da çıxış edib. Forvard 2024-cü ilin ilk yarısını da “Kocaelispor”da keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
10:55 / 21.08.2025
Ramil Şeydayev yenidən Türkiyədə çıxış EDƏ BİLƏR
Hazırda oxunan: Ramil Şeydayev yenidən Türkiyədə çıxış EDƏ BİLƏR
Hazırda oxunan: Ramil Şeydayev yenidən Türkiyədə çıxış EDƏ BİLƏR
266279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.