Şəki və Zaqatalanın bəzi ərazilərində qaz olmayacaq.
Texniki işlərlə əlaqədar olaraq Şəki və Zaqatala rayonlarında bir sıra yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, Şəki xidmət sahəsində Böyük Dəhnə, Kiçik Dəhnə, Dərəcənnət və Suçma kəndlərini qazla təmin edən PE-225, PE-160 və PE-110 mm-lik qaz xətlərinin kiplinin yoxlanması məqsədilə saat 09:00-dan işlər başa çatanadək həmin kəndlərdə ümumilikdə 3 382 abonentin qaz təchizatı dayandırılacaq.
Eyni gün Zaqatala xidmət sahəsində isə payız-qış mövsümünə hazırlıq çərçivəsində A.Qardaşov küçəsində yerləşən d-273 mm-lik orta təzyiqli qaz xətti beton dayaqlar üzərinə qaldırılacaq.
Bu səbəbdən saat 10:00-dan işlər yekunlaşanadək H.Əliyev prospekti, A.Qardaşov, V.Qurbanov, Tağıyev, Sülh, F.Əmirov, Ç.Mustafayev, S.Qocayev küçələrində, həmçinin Car, Zilban, Axdərə, Kebelava kəndlərində və Çökək kəndinin bir hissəsində ümumilikdə 2 950 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi texniki işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:04 / 21.08.2025
Abonentlərin DİQQƏTİNƏ – İki rayonda qaz KƏSİLƏCƏK
Hazırda oxunan: Abonentlərin DİQQƏTİNƏ – İki rayonda qaz KƏSİLƏCƏK
Hazırda oxunan: Abonentlərin DİQQƏTİNƏ – İki rayonda qaz KƏSİLƏCƏK
266268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.