"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir

"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir

Hazırda oxunan: "Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir

266234

“Roma”nın futbolçusu Artyom Dovbik “Napoli”nin maraq dairəsinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Neapol təmsilçisi ukraynalı hücumçunu zədələnən Romelu Lukakunun əvəzinə transfer etməyi düşünür.

Belçikalı oyunçunun 3 aydan çox yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 

Daha öncə xəbər verilmişdi ki, “Napoli” həmçinin “Mançester Yunayted”in hücumçusu Rasmus Höylund, “Lester”in sabiq futbolçusu Ceymi Vardi və “Genk”in oyunçusu Tolu Arokodare ilə də maraqlanır.


Qeyd edək ki, Artyom Dovbik ötən mövsüm “Roma”nın heyətində 45 oyuna çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO