“Ronaldonun yerində olsaydım, onu paltardəyişmə otağından qovardım”

“Ronaldonun yerində olsaydım, onu paltardəyişmə otağından qovardım”

Hazırda oxunan: “Ronaldonun yerində olsaydım, onu paltardəyişmə otağından qovardım”

26614

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Portuqaliya millisinin üzvü Joao Feliksin Avro-2020-nin 1/8 finalında Belçika ilə görüşdəki (0:1) oyununu tənqid edib.

Bizim.Media xəbər verir ki, Kin goal.com-a açıqlamasında Feliksin qarşılaşmada bərbad çıxış etdiyini bildirrərək onun 100 milyon avro transfer qiymətinə layiq olmadığını deyib:

“Oyunçuların necə geri çəkildiklərini və qapıya zərbə vura bilmədiklərinə bəhanə tapmaq mümkün deyil. Heç olmasa, qapıçını yoxla. Bu kimi şeylər məni çox narahat edir.

Joao Feliks meydançaya girəndə ... Bu adam saxtakardır! Meydana ölkənizin və komandanızın buna çox ehtiyac duyduğu bir zamanda daxil olursan ...

Qapıya zərbə vur! Feliks 100 milyon avroya dəyərmi? Kriştiano Ronaldonun (yığmanın kapitanı) yerində olsaydım, onu paltardəyişmə otağından qovardım.

Feliks və Bruno Fernandeş öz oyunları ilə məni dəli etdilər. Onlar özlərindən başqa heç kimi günahlandırmamlıdırlar".

Portuqaliya millisi Belçika 0:1 hesabı ilə uduzaraq Avro-2020 ilə vidalaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO