Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt həyətdə oynayan iki yaşlı oğlu - 2022-ci il təvəllüdlü Sənan Əskərovun başı avtomobilin arxa təkərinin altında qalıb. 2 yaşlı S.Əskərov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:05 / 20.08.2025
Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI
Hazırda oxunan: Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI
Hazırda oxunan: Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI
266081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.