Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Aysun İsmayılova “İnstagram” hesabında məlumat verib.
O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:48 / 20.08.2025
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş...
Hazırda oxunan: Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş...
Hazırda oxunan: Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş...
266079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.