"Qarabağ" "Ferensvaroş"a uduzur - VİDEO

"Qarabağ" "Ferensvaroş"a uduzur - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Ferensvaroş"a uduzur - VİDEO

266062

Xəbər verdiyimiz kimi UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağıdır.
 

Artıq oyunun birinci hissəsi başa çatıb. Matçın ilk hissəsi “Ferensvaroş”un üstünlüyü ilə yekunlaşıb. Belə ki, görüşün 29-cu dəqiqəsində Barnabaş Varqa fərqlənib.


Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürüb. Hazırda UEFA reytinqində macar klubu 59-cu, Azərbaycan çempionu isə 65-ci yeri tutur.

Komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

19 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Varqa, 29

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO