Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.
Bizim.Media xəbər verir ki, onları Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar və valideynləri yola salıblar.
Seymur Mərdəliyev bildirib ki, bu dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır.
Bakıya göndərilən uşaqlar Ukraynanın bir sıra bölgələrindən - Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindəndir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
Bizim.Media