Çinli qadından KREATİV ADDIM – Həbsxanaya düşməmək üçün üç uşaq dünyaya gətirdi

Çinli qadından KREATİV ADDIM – Həbsxanaya düşməmək üçün üç uşaq dünyaya gətirdi

Hazırda oxunan: Çinli qadından KREATİV ADDIM – Həbsxanaya düşməmək üçün üç uşaq dünyaya gətirdi

266002

Çində bir qadın beşillik həbs cəzasını çəkməmək üçün dörd il ərzində üç uşaq dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazıb.

Belə ki, 2020-ci ilin dekabrında məhkəmə Çen Xunu dələduzluğa görə beş il azadlıqdan məhrum edib.

Lakin Çin qanunvericiliyinə əsasən, hamilə qadınlar, yeni doğmuş körpə anaları və ağır xəstə məhkumlar cəzalarını müvəqqəti olaraq evdə və ya xəstəxanada, ictimai təhlükəsizlik orqanlarının nəzarəti altında çəkə bilirlər.

Çen bu boşluqdan fəal şəkildə yararlanıb: 2021–2025-ci illər arasında o, eyni kişidən üç uşaq dünyaya gətirib və cəzasını həbsxanadan kənarda çəkib. Yoxlamalar zamanı qadın hamiləliyini və ya doğumu təsdiqləyən tibbi sənədlər təqdim edib.
 

Lakin prokurorluq müəyyən edib ki, Çen sonuncu uşağı ilə yaşamır, körpənin qeydiyyatı isə onun keçmiş qayınanasının adına rəsmiləşdirilib. Bundan sonra qadın ərindən çoxdan boşandığını, iki övladının keçmiş həyat yoldaşının, digərinin isə bacısının himayəsində olduğunu etiraf edib.


İstintaq nəticəsində qadının hamiləlikdən həbsdən yayınmaq üçün məqsədli şəkildə istifadə etdiyi qənaətinə gəlinib. Onun cəzasının bitməsinə bir ilə yaxın vaxt qaldığı üçün Çen həbsxanaya göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO