Azərbaycanda güclü zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ gözlənilir? – RƏSMİ AÇIQLAMA

265995

Yaxın zamanlarda Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilmir.

Bizim.Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir:
 

"Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və Avrasiya kontinental plitələrində yerləşir. Bizim bloklarda olan hərəkətlər o qədər güclü deyil. Tektonik qırılmalar zamanı baş verən hərəkətlər dağıntılara səbəb ola bilməz. Azəbaycanda hiss olunan zəlzələlər olur. Bunlar qorxulu deyil. Yaxın zamanlarda da Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilirmir".


Qeyd edək ki, avqust ayı ərzində beş zəlzələ qeydə alınıb. Onlardan ikisi Xəzər dənizində (3,2 və 4 maqnitudalı) baş verib. Daha üçü isə Göyçay (4), Tovuz (3,6), Tərtərdə (3,1) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO