"Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir" – SƏFİRDƏN AÇIQLAMA 

Hazırda oxunan: "Azərbaycanla İran arasında aviareyslərin açılması müzakirə edilir" – SƏFİRDƏN AÇIQLAMA 

26586

“Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”. 

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, Azərbaycanda nəzərəçarpacaq dərəcədə koronavirusa yoluxanların sayı azalıb: “İranda da virusa yoluxanların sayında azalma müşahidə edilib”. 

Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır. 

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.  

Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb. (report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO