Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb

Hazırda oxunan: Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb

265808

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyədə azadlığa çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Dəmirova yaxın mənbələr danışıblar.
 

Bildirilib ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib.


Araşdırma zamanı isə bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir. Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi də deyilir.

Qeyd edək ki, Etimad İsmayılov uzun illər hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş İlyas İsmayılovun oğludur.

Onun Türkiyədə qətlə yetirilməsi qonşu ölkədə və Azərbaycanda böyük sensasiyaya səbəb olmuşdu.

Gözəl Dəmirova gəlincə, xatırladaq ki, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO