İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Selami Kılıç ilə görüşüb.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşün məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün ehtiyaclarla yerində tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsidir.
Xəstəxanaların idarəolunması işinin təşkili, Türkiyədəki tibb müəssisələri ilə Azərbaycandakı müəssisələr arasındakı “model xəstəxana” quruculuğu, tibbi-elmi tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
S.Kılıçın sözlərinə görə, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 21 nəfərdən ibarət tibb mütəxəssisi 1 saylı Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikasına ezam olunub:
“TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində fəaliyyət göstərən politravma mərkəzlərindəki xəstələrin müalicəsinin təşkili məsələlərinə Türkiyədə təhsil almış həkimlər də dəstək olacaq”.
Zaur Əliyev cəbhədə torpaqlarımız uğrunda vuruşan yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün ölkəmizə ezam olunan tibb mütəxəssislərinə görə Selami Kılıça minnətdarlığını bildirib.
Qurumun sədri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, elektron səhiyyənin mövcud vəziyyəti və s. barədə qonaqlara məlumat verib və Azərbaycan-Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:55 / 14.11.2020
Türkiyənin həkim personalı Azərbaycana gəldi
Hazırda oxunan: Türkiyənin həkim personalı Azərbaycana gəldi
Hazırda oxunan: Türkiyənin həkim personalı Azərbaycana gəldi
2658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.