Sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ

265757

"Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır".

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Müraciətdə deyilir ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:

1. Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

2. Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

3. Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

"Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir", - müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO