Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

Hazırda oxunan: Virus sürətlə yayılır! 16 ölkədə 240 mindən çox yoluxma, 90 ölüm

265746

Ağcaqanad mənşəli çikunqunya virusu getdikcə daha da yayılır. 

Bizim.Media xəbər verir ki, bu il 16 ölkədə 240 mindən çox yoluxma və virusa bağlı 90 ölüm qeydə alınıb. 

Honq Konq isə virusun qarşısını almaq üçün robot itlərdən istifadə edəcəyini açıqlayıb.
 

Honq Konqun Ətraf Mühit və Ekologiya katibi Tse Çin-van, çikunqunya virusuna yoluxma hallarının artması ilə mübarizə üçün yeni addım atacaqlarını bildirib.


Robot itlərlə dərmanlama

Tse deyib: "Gələn aydan etibarən nəzarət qruplarının çətinliklə çatdığı yamac kimi ərazilərdə insektisid (böcək dərmanı) püskürtmək üçün robot itlərdən istifadəni sınaqdan keçirəcəyik."

O, həmçinin isti havalarda virusla mübarizə aparan işçilərin üzərindəki yükü azaltmağı hədəflədiklərini qeyd edib:

"Əgər bu sınaq uğurlu olsa, daha çox robot it alacağıq. Hökumət də ağcaqanadlarla mübarizə üsullarını araşdırmaqda davam edəcək."

Rəsmi məlumatlara görə, bu il 16 ölkədə 240 mindən çox çikunqunya halı və 90 ölüm qeydə alınıb. Çinin cənubundakı Guangdong bölgəsində isə təxminən 8 min yoluxma aşkarlanıb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO