Çimərliklərdə vətəndaşlara bu tövsiyə edildi

Çimərliklərdə vətəndaşlara bu tövsiyə edildi

Hazırda oxunan: Çimərliklərdə vətəndaşlara bu tövsiyə edildi

265667

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO