Gürcüstanda gözlənilməz hadisə - Parlamentdə Rusiya himni səsləndirildi 

Gürcüstanda gözlənilməz hadisə - Parlamentdə Rusiya himni səsləndirildi 

Hazırda oxunan: Gürcüstanda gözlənilməz hadisə - Parlamentdə Rusiya himni səsləndirildi 

26566

"Vahid Milli Hərəkat"ın üzvü Nona Mamulaşvili parlamentin plenar iclasında Rusiya himni səsləndirib. 

Bizim.Media xəbər verir ki, Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib. 

O, bununla öz etirazını ifadə etdiyini, Gürcüstanın hazırki parlamentinin fəaliyyətinin Rusiya parlamentinə bənzədiyini bildirib. 

Parlamentin sədri Kaxa Kuçava isə müxalifətə müraciət edərək onun hərəkətinin ayıb olduğunu söyləyib: 

"Bravo! Gürcüstanın Müstəqillik Qanununun imzalandığı yerdə siz Rusiyanın himnini oxuyursunuz! Parlaq bir nümunə. Ayıb olsun sizə xanım Nona. Bu, hər şeyi yaxşı göstərir", - deyə K. Kuçava bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO